Bu gün futzal üzrə UEFA Kubokunun elit-raunduna start veriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan çempionu "Araz" ilk oyununa çıxacaq.
Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın "Nasional" klubu ilə görüşəcəklər. Zaqrebdə baş tutacaq qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoritidir.
İlk turun qrupumuzdakı digər oyununda UEFA Kubokunun hazırkı sahibi Rusiya "Yuqra"sı ilə elit-raundun debütantı olan Almaniya "Hamburq"u görüşəcək.
Qeyd edək ki, "Araz"ın oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
UEFA Kuboku
Elit raund
B qrupu
I tur
23 noyabr
21:00. "Yuqra" (Rusiya) - "Hamburq" (Almaniya)
Hakimlər: Franko Kaçia (Malta), Paskal Lamal (Belçika)
Zaqreb. İdman Evi
23:30. "Nasional" (Xorvatiya) - "Araz" (Azərbaycan)
Hakimlər: Eduardo Fernandes Koelyu (Portuqaliya), Qabriel German (Rumıniya)
Zaqreb. İdman Evi
Milli.Az