Bakıda çağırışa gedən "təcili yardım"ın sürücüsünü avtomobil vurdu

Bakıda çağırışa gedən "təcili yardım"ın sürücüsünü avtomobil vurdu
11:12 23 Noyabr 2016
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda çağırış əsasında vətəndaşa yardım etməyə gedən "təcili yardım" maşınının sürücüsü avtomobildən enərkən onu nəqliyyat vasitəsi vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, 4 saylı Təcili Tibbi Yardım Stansiyasına daxil olan çağırış əsasında təcili yardım maşını Sədərək ticarət mərkəzinin yaxınlığına gedib. Burada yıxılaraq xəsarət alan şəxsə yardım etmək istəyən briqada avtomobildən yerə enib. "Təcili yardım" briqadasının sürücüsü 1964-cü il təvvəllüdlü Niftəliyev Fəxrəddin Heybət oğlu avtomaşından enərkən onu avtomobil vurub. 
Ağır xəsarət alan F.Niftəliyev çağırılan digər "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR