Rıdvan Dilmən prezident olmaq istəyir - AÇIQLAMA

Rıdvan Dilmən prezident olmaq istəyir - AÇIQLAMA
11:19 23 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

 

“Fənərbağça”nın veteran futbolçusu, tanınmış şərhçi Rıdvan Dilmən Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rıdvan Dilmən səhhəti imkan verərsə, 2019-cu ildə federasiya prezidentliyinə seçkilərdə iştirak edəcəyini bəyan edib. O, Türkiyə millisinin koordinatorluğu vəzifəsini də icra edə biləcəyini deyib.

 

Qeyd edək ki, TFF-nin hazırki sədri məşhur biznesmen Yıldırım Dəmirörəndir və onun səlahiyyət müddəti 2019-cu ildə bitəcək. R.Dilmən isə “Fənərbağça” klubuna və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana yaxınlığı ilə tanınır. Onun millinin hazırki baş məşqçisi Fatih Terimlə münasibətləri yaxşı deyil.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR