Bakının mərkəzində aptekə soxulmaq istəyən 4 nəfər tutuldu

Bakının mərkəzində aptekə soxulmaq istəyən 4 nəfər tutuldu
11:24 23 Noyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Dünən saat 03:10 radələrində Nəsimi rayonunda oğurluğa cəhd olub.

 

Lent.az Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən xəbər verir ki, Hüseynbala Əliyev küçəsi, ev 14 ünvanında yerləşən, mühafizə siqnalizasiya sistemləri ilə təchiz olunmuş, “Vita” aptek məntəqəsindən Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları obyektə baxış keçirərkən arxa qapıya oğurluq məqsədi ilə müdaxilə olunduğunu aşkar ediblər. Polis əməkdaşları bu zaman obyektin qarşısında oğurluqda şübhəli şəxs qismində (sonradan şəxsiyyətləri müəyyən edilmiş) Nəsimi rayon ərazisində yaşayanlar 1994-ıü il təvəllüdlü Quliyev Eldəniz Eldar oğlu, 1977-ci il təvəllüdlü Cəniyev Zülfüqar Əliağa oğlu, 1987-ci il təvəllüdlü Cəniyev Elmir Əliağa oğlu və 1981-ci il təvəllüdlü İbrahimov Rəvan Hidayət oğlunu saxlayaraq ərazi üzrə 19-cu Polis Bölməsinə təhvil veriblər. Şübhəli şəxs qismində saxlananların üzərilərindən bir ədəd bıçaq və iki ədəd kəlbətin aşkar edilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR