Donald Tramp Rusiya və bir sıra digər ölkələrlə münasibətləri yaxşılaşdırmaq istədiyini bəyan edib

Donald Tramp Rusiya və bir sıra digər ölkələrlə münasibətləri yaxşılaşdırmaq istədiyini bəyan edib
11:32 23 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyini bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "The New York Times"a müsahibəsində deyib.
Eyni zamanda, D.Tramp jurnalistlərin sualını cavablandırarkən münasibətlərdə istənilən istiləşmənin "yenidən başlanma" kimi adlandırılmasına qarşı çıxaraq keçmiş dövlət katibi Hillari Klintonun uğursuz cəhdinə işarə vurub: "Baş verənlərdən sonra bu termini istifadə etməzdim".
"Rusiya ilə münasibətləri yaxşılaşdırmağın həqiqətən müsbət addım olduğuna inanıram. Amma təkcə Rusiya ilə deyil, həm də digər ölkələrlə münasibətləri yaxşılaşdırsaq, daha gözəl olar. Rusiya ilə münasibətləri qaydasına salmaq istərdim və hesab edirəm ki, onlar da bunu istərdi. Çünki bu, ümumi maraqların xeyrinədir", - ABŞ-ın yeni prezidenti söyləyib.
O, həmçinin Vladimir Putin ilə telefon söhbəti olduğunu təsdiqləyib, lakin danışığın detallarını açıqlamayıb.
Müsahibəsində D.Trump İraqa daxil olmağı ABŞ tarixinin ən böyük səhvlərindən biri adlandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-rusiya-ve-bir-sira-diger-olkelerle-munasibetleri-yaxsilasdirmaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR