Novruz Məmmədov: "Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil"

Novruz Məmmədov: "Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil"
11:52 23 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olmasını nümayiş etdirir. Həqiqətən də bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR