PSJ-nin futbolçusuna İngiltərəyə getmək üçün viza verilmədi

PSJ-nin futbolçusuna İngiltərəyə getmək üçün viza verilmədi
11:57 23 Noyabr 2016
74 İdman
Ölkə mətbuatı
A- A+

PSJ Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə "Arsenal"ın qonağı olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fransa təmsilçisi bu matçda aparıcı futbolçularından olan Serji Orierin xidmətindən yararlana bilməyəcək. 23 yaşlı müdafiəçiyə İngiltərəyə getmək üçün viza verilməyib. Buna görə Kot-d`İvuar millisinin üzvü vacib matçda komandasına kömək edə bilməyəcək.

Parislilər duruma etirazlarını bildirsələr də bu heç nəyi dəyişməyib. Orier "Arsenal"la keçiriləcək qarşılaşmanın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, "Arsenal" - PSJ görüşü bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR