2 boksçumuz finalda

2 boksçumuz finalda
12:05 23 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı davam edir. Artıq turnirdə yarımfinal görüşlərinə start verilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, rinqə cıxan üç boksçumuzdan ikisi artıq finala yüksəlib. Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək Avropa çempionatının finalına çıxıb. 69 kq çəkidə isə Yelena Vıstropova rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb. 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova final yolunda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub. Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva isə bu gün Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR