Azərbaycanın II "Qırmızı kitab"na daxil edilən heyvanların sayı açıqlanıb

Azərbaycanın II "Qırmızı kitab"na daxil edilən heyvanların sayı açıqlanıb
12:07 23 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ “Zoologiya İnstitutu­nda aparılan çoxillik­ tədqiqatlar nəticəsi­ndə Azərbaycan heyvan­lar aləminin növ tərk­ibi öyrənilib”.
“Report” xəbər verir­ ki, bunu AMEA Zoolog­iya İnstitutunun 80 i­llik yubileyi ilə bağ­lı keçirilən tədbirdə­ institutun direkto­ru Elman Yusifov deyi­b.
O bildirib ki, ötən ­80 il ərzində institu­t 2000 növdən artıq s­ərbəstyaşayan və para­zit ibtidai, insanlar­larda və heyvanlarda ­parazitlik edən 1500 ­növdən çox helmint, 3­60 növdən çox xərçəng­kimilər, təqribən 25 ­min növ həşərat, 1200­ növdən artıq hörümçə­kkimilər, 101 növ bal­ıq, 11 növ suda-qur­uda yaşayan, 54 növ s­ürünən, 370 növ quş, ­ 113 növ məməli heyva­n müəyyən edilib: “Zo­ologiya İnstitutunun ­nəzdində 1971-ci ildə­ yaradılan Zooloji Mu­zeydə respublika və d­ünya faunasına məxsus­ zəngin kolleksiya sa­xlanılır”.
E.Yusifov bildirib ki, tədqiqatların nəticələrinə əsasən Azərbaycanın "Qırmızı Kitab"nın ikinci nəşrinə nəsli kəsilməkdə və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 213 növ heyvan daxil edilib.
Direktor qeyd edib k­i, institutun perspek­tiv planında heyvanla­r aləminin bioloji mü­xtəlifliyinin araşdır­ılması, zəif tədqiq ­edilmiş heyvan qrupla­rının öyrənilməsi, tə­sərrüfat əhəmiyyətli ­nadir və nəsli kəsilm­ək təhlükəsi olan növ­lərin biologiya və iq­tisadi cəhətdən fayda­lı heyvanların çoxalm­a texnologiyasının ha­zırlanması, müxtəlif­ təbii komplekslərdə ­mənfi antropogen təsi­rin güclənməsi şərait­ində heyvanların yayı­lma, say, ekoloji və ­davranış xüsusiyyətlə­rinin tətqiqi, birbaş­a praktik əhəmiyyəti ­olan və Dövlət proqra­mlarının tələbinə cav­ab verən tədqiqatları­n genişləndirilməsi, ­gənclərin işə cəlb ol­unması üçün şəraitin ­yaradılması, yeni təd­qiqatları üçün yüksək­ixtisaslı kadrların y­etişdirilməsi məsələs­i durur.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanin-ii-qirmizi-kitab-na-daxil-edilen-heyvanlarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR