Trampdan Putinə TƏKLİF

Trampdan Putinə TƏKLİF
12:17 23 Noyabr 2016
115 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya ilə əlaqələri normallaşdırmaq niyyətində olduğunu bəyan edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Tramp "The New York Times"a müsahibəsində bildirib. 

Tramp jurnalistlərin suallarını cavablandırarkən münasibətlərin normallaşmasını "yenidən başlama" adlandırmaqdan imtina edib. Bununla da o, sabiq dövlət katibi Hillari Klintonun uğursuz siyasətinə işarə edib: "Mən baş verənlərdən sonra bu termini istifadə etmək istəməzdim". 

"Mən, doğrudan da Rusiya ilə münasibətlərin normallaşmasına inanıram. Bu, pozitiv addımdır. Yalnız Rusiya ilə deyil, digər ölkələrlə də əlaqələri normallaşdırsaq, yaxşı olar. Rusiya ilə münasibətləri qaydasına salmaq istərdim və hesab edirəm ki, onlar da bunu istəyirlər. Bu, ümumi maraqların xeyrinədir". 

O, Putinlə telefonla danışdığını təsdiqləsə də, detalları açıqlamaqdan imtina edib. 

Müsahibə zamanı Tramp İraqa müdaxilənin ABŞ tarixində ən böyük səhvlərdən biri olduğunu vurğulayıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR