Bakının istilik problemi həll edilibmi? - RƏSMİ

Bakının istilik problemi həll edilibmi? - RƏSMİ
12:29 23 Noyabr 2016
268 Digər
Ölkə mətbuatı
A- A+

Havalar soyuyandan Bakı şəhərində bir sıra ənənəvi problemlər yenidən qabarmağa başlayıb. Hər il noyabrın 15-də bir qayda olaraq Bakı şəhərində istilik sistemləri işə düşür. Ancaq çoxmərtəbəli bina sakinlərinin bir çoxu hələ də istilik sarıdan əziyyət çəkir. Şikayətçilərin dediyinə görə, bəzi mənzillərdə ümumiyyətlə istilik sistemi yoxdur.

 

"Azəristiliktəchizat" ASC-nin mətbuat xidməti Rafiq Əliyev Lent.az-a açıqlamasında  bildirib ki, onların balansında olan bütün yaşayış binaları istilik sistemləri ilə tam təmin olunub: “Bizə aid olan elə bir qazanxanamız yoxdur ki, işləməsin”.

 

Gələn şikayətlərə toxunan R.Əliyev deyib ki, qurumun 956 "Çağrı mərkəzi"nə istiliklə bağlı müraciətlər daxil olur, amma müraciətlər bütün bina ilə bağlı deyil, lokal xarakterli olur: “Yəni olur ki, bir mənzilin 1 otağında istilik olur, digərində olmur. Ya da istilik problemi binanın ancaq bir blokunda yaşanır. Bu müraciətləri qeydə alıb əməkdaşlarımızı həmin ünvanlara göndəririk”.

 

Qurum rəsmisi onu da qeyd edib ki, hazırda Bakı şəhəri üzrə 261 yaşayış binası  “Azəristiliktəchizat” mənbələrindən isti su ilə təmin edilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260326

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR