ABŞ-ın Çikaqo şəhərində baş vermiş atışma nəticəsində iki azyaşlı uşaq yaralanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, yaralananlar 3 və 4 yaşlı uşaqlardır.
Polisin məlumatına görə, atışma nəticəsində uşaqların yanında olan iki gənc də xəsarət alıb.
Atəş yaxınlıqdan keçən avtomobilin pəncərəsindən açılıb.
Milli.Az