"Legiya" "Mançester Yunayted"i kölgədə qoydu

"Legiya" "Mançester Yunayted"i kölgədə qoydu
12:47 23 Noyabr 2016
101 İdman
Ölkə mətbuatı
A- A+

Polşanın "Legiya" klubu Çempionlar Liqası tarixində yeni rekorda sahib çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Varşava təmsilçisi qrupdakı oyunları ən məhsuldar keçən komanda ünvanına yiyələnib.

Belə ki, polşalıların qrupda keçirdiyi 5 matçda azarkeşlər 32 qol görüblər. 8 top vurub, 24-nü buraxan "Legiya" son turun "Sportinq"lə qarşılaşmasında rekordu yeniləmək imkanına da malikdir.
 
Bunadək Çempionlar Liqasının qrupunda oyunları daha məhsuldar keçən komanda "Mançester Yunayted" idi. 1998/99 mövsümündə İngiltərə klubunun qrup matçlarında 31 qol vurulmuşdu. Lakin "Legiya"dan fərqli, mançesterlilər müsbət balansa malik olublar - 20:11.
 
"Legiya" həm də antirekorda şərik olub. Polşalılar qrupda ən çox qol buraxan BATE-nin 2014/15 mövsümündəki göstəricisini təkrarlayıb. 24 top buraxan "Legiya" son turda qapısında qol görsə, mütləq antirekorda yiyələnəcək.
 
Qeyd edək ki, bu göstəricilərə V turun "Borussiya" ilə Dortmunddakı matçı səbəb olub. Almaniyalıların 8:4 hesabı ilə qalib gəldiyi matç Çempionlar Liqası tarixinin ən məhsuldar matçı olub. Bunadək rekord 2003-cü ildə keçirilən "Monako" (Fransa) - "Deportivo" (İspaniya) matçına məxsus idi.
 
11 qolun vurulduğu həmin oyunda Fransa təmsilçisi qalib gəlmişdi - 8:3. "Borussiya" həm də 16 dəqiqəyə 5 qol vurması ilə də turnirin mütləq rekorduna yiyələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR