Yəməndə koalisiyanın aviazərbələri nəticəsində 12 nəfər ölüb

Yəməndə koalisiyanın aviazərbələri nəticəsində 12 nəfər ölüb
12:47 23 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin şimal-qərbinə aviazərbələr endirib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, aviazərbə yerli bazara istiqamətlənən avtobusa tuş gəlib və nəqliyyat vasitəsindəki 12 sərnişin dünyasını dəyişib.
Hadisə ölkənin şimal-qərbində yerləşən və husilərin nəzarəti altında olan Hacca əyalətinin Hiran bölgəsində baş verib.
Koalisiya nümayəndələri hələlik məlumatı şərh etməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR