Yevlaxda ƏMƏLİYYAT - Qadağan edilmiş dini ədəbiyyat, qumbara, narkotik...

Yevlaxda ƏMƏLİYYAT - Qadağan edilmiş dini ədəbiyyat, qumbara, narkotik...
12:52 23 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax şəhər sakini Heydər Bəkirovdan narkotik vasitə, silah-sursat, yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini H.Bəkirovdan 6,58 qram marixuana götürülüb.

Onun evinə baxış zamanı isə oradan "RQD-5", "RKQ-3" markalı qumbaralar, qumbaranın alışqanı üçün fitil, 16 ədəd patron, yayılması və təbliği qanunla qadağan edilmiş 1 ədəd dini ədəbiyyat aşkar edilərək götürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR