ŞOK STATİSTİKA: Ölkədə boşananlar ailə quranlardan çoxdur

ŞOK STATİSTİKA: Ölkədə boşananlar ailə quranlardan çoxdur
13:32 23 Noyabr 2016
218 Ölkə
Ölkə mətbuatı
A- A+

2016-cı il oktyabrın 1-i vəziyyətinə görə, qeydiyyat şöbələri tərəfindən 50,4 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.

Milli.Az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 7, boşanmaların sayı isə 1,3 olub.
Nikaha daxil olan kişilər əsasən 24-28 yaş, qadınlar isə 18-22 yaş aralığındadır. Ən çox nikah avqust, ən az nikah isə fevral ayında bağlanıb. Ən çox boşanma avqust ayında, ən az boşanma isə aprel ayında qeydə alınıb.

Qeyd edək ki, 2015-ci il ərzində ölkədə 68773 nikah, 12764 boşanma qeydə alınmışdı.

Ekspertlər deyirlər ki, son zamanlar ölkədə nikahlar azalıb, boşanmalar artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR