Tanınmış bloqer Mehman Hüseynov qəzaya düşdü - FOTO

Tanınmış bloqer Mehman Hüseynov qəzaya düşdü - FOTO
13:47 23 Noyabr 2016
394 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış bloqer Mehman Hüseynov avtoqəzaya düşüb. 

Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı bloqerin özü yayıb:

"Səhər tezdən fotoaparatlarımı, avadanlığımı sumkaya yığıb çıxdım rayona. Mənə xəbər eləmişdilər ki, hava pisdir, rayon yolları buzlayıb, bəlkə, bu gün çıxmayasan yola? Amma dəcəllik elədim, dayanmadım, qərara gəldim ki, gedirəm!

Gedirdim adını çəkmədiyim gözəl rayonlarımızın birinə.

Mindik maşına və yola düşdük. Elə də oldu, rayona gedən yolları buz bağlayıb, maşın bir az özünü pis aparıb deyə sürüşüb ağır avtoqəzaya düşdük. Şükürlər olsun, sürücü və maşında olan diqər dostlarım yaxşıdırlar, sağ-salamatdılar. Götürdüyüm kameralar zədələnib, bəziləri isə sınıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR