Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur"

Ərdoğan: "Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur"
13:57 23 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

"Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət əməkdaşlığı üzrə Daimi komitəsinin sessiyasında çıxış edən dövlət başçısı bildirib:

"Sabah Avropa Parlamentində Türkiyə ilə Aİ-yə daxil olmaq üzrə danışıqların dondurulması üçün səsvermə olacaq. Mən əvvəlcədən bəyan edirəm: bizim üçün bu səsvermənin heç bir dəyəri yoxdur. Ölkəmizin müstəqilliyi və gələcəyi uğrunda mübarizə orada əllərin qalxıb-düşməsinə (səsvermə - red.) görə dayandırıla bilməz".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR