Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb

Azərbaycan səfiri Almaniya kansleri administrasiyasının şöbə müdiri ilə görüşüb
14:07 23 Noyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Almaniya kanslerinin administrasiyasının Mərkəzi və Şərqi Avropa şöbəsinin müdiri Knut Abraham ilə görüşüb.
Bu barədə "Report" Azərbaycanın Berlindəki səfirliyinə istinadən məlumat verir.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, R.Həsənov daha əvvəl "Deutsche Bank"ın Mərkəzi və Şərqi Avropa üzrə baş direktoru Piter Tils, diplomatik korpusun direktoru Bernhard Deppiş, eləcə də Almaniya Bundestaqının deputatı, Xarici İşlər Komitəsinin üzvü Karl-Georq Velman ilə görüşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-sefiri-almaniya-kansleri-administrasiyasinin-sobe-mudiri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR