"Facebook" pulsuz Wi-Fi axtarışı funksiyasını tətbiq etmək niyyətindədir

"Facebook" pulsuz Wi-Fi axtarışı funksiyasını tətbiq etmək niyyətindədir
14:12 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Facebook" şirkəti Wi-Fi üçün pulsuz ictimai giriş nöqtələrini axtarış etmək üçün nəzərdə tutulmuş funksiyanı sınaqdan keçirməyə başlayıb.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
"Wi-Fi axtarışı" "Facebook" aplikeyşninə inteqrasiya olunur. Funksiya işə salınan zaman ən yaxın "hotspot"ların əks olunduğu xəritə açılır. Tətbiq lazımi Wi-Fi nöqtəsinə çatmaq üçün lazım olan vaxtı göstərir.
"Facebook"un nümayəndəsinin sözlərinə görə, bu funksiya insanların həmişə əlaqədə qalması üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/facebook-pulsuz-wi-fi-axtarisi-funksiyasini-tetbiq-etmek-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR