9 qat olimpiya çempionu federasiyada işləmək istəyir

9 qat olimpiya çempionu federasiyada işləmək istəyir
14:12 23 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Yüngül atletika üzrə 9 qat olimpiya çempionu Useyn Bolt gələcək planları ilə bağlı danışıb. 
"Report"un məlumatına görə, yamaykalı atlet "Bild" nəşrinə müsahibəsində idmançı karyerasını başa vurduqdan sonra Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasında (İAAF) çalışmaq istədiyini deyib. O, idmana kömək etməyin gərəkliyini vurğulayıb: "Hazırda idmanda özümü necə motivasiya edəcəyimi bilmirəm. Kiməsə nəsə sübut etmək üçün heç bir stimulum yoxdur".
İAAF-ın prezidenti Sebastyan Kou isə bir müddət əvvəl məsələ ilə bağlı danışıb: "Onun köməyindən istifadə etmək mənim xoşuma gələr. İstəyirəm ki, Bolt karyerasını bitirdikdən sonra da idmanda qalsın".
Qeyd edək ki, Useyn Bolt "Pekin-2008", "London-2012" və "Rio-2016" Yay Olimpiya Oyunlarında ümumilikdə 9 qızıl medal qazanıb. Üstəlik, o, 100 metr (9.58 saniyə) və 200 metr (19.19 saniyə) məsafəyə qaçışda dünya rekordlarının sahibidir. Atlet bununla yanaşı, 4x100 metr məsafəyə qaçışda da rekord müəyyənləşdirib.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/9-qat-olimpiya-cempionu-federasiyada-islemek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR