"Anderlext"in prezidenti: "Yaxşı nəticə əldə etmək istəyiriksə..."

"Anderlext"in prezidenti: "Yaxşı nəticə əldə etmək istəyiriksə..."
14:22 23 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Düşdüyümüz vəziyyəti yaxşılığa doğru dəyişməliyik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Anderlext" klubunun prezidenti Vanden Stok deyib.

Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan "Anderlext"in cari mövsümdəki çıxışı klub rəhbərliyinin və azarkeşlərinin ürəyincə deyil. Sabah "qırmızı-qaralar"ın qonağı olacaq brüssellilər Avroliqada öz qruplarının lideridirlər. Belçika çempionatında isə "Anderlext" 6-cı pillədə qərarlaşıb ki, məhz bu məqam komandanı tənqid hədəfinə çevirib.
 
1996-cı ildən "Anderlext"in prezidenti olan Stok bununla bağlı azarkeşlərə müraciət edib. 74 yaşlı futbol adamı həm daxili çempionatda, həm də Avroliqada uğurlu nəticəyə imza atmaq üçün daha çox çalışmalı olduqlarını bildirib: "Klubdakı hər bir insan - futbolçular, məşqçi, rəhbərlik, azarkeşlər, bir sözlə, "Anderlext"in bütün tərəfdarları məsuliyyəti artırmalıdırlar. 3 ay ərzində yeni komanda qururuq. Yaxşı nəticə əldə etmək istəyiriksə, komanda mütəmadi öz üzərində çalışmalıdır. Cari mövsümdə keçirdiyimiz oyunlar göstərir ki, hazırkı heyətimizdə də istedadlı futbolçu çoxdur".
 
Qeyd edək ki, Belçika çempionatında turnir cədvəlində 6-cı pillədə qərarlaşan "Anderlext" lider "Zulte-Varegem"dən 8 xal geri qalır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR