Bakı. 23 noyabr. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələri Mosulda İŞİD terror qruplaşmasının mövqelərinə aviazərbələr endirərkən Neynəvə əyalətində qruplaşmanın liderlərindən birini öldürüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Öldürülən terrorçu İŞİD-in videomateriallarının çəkilməsi, ekstremist ədəbiyyatların çapı və qruplaşmanın saytlarının yaradılması üzrə məsul şəxs olub.