"AAAF-İNŞAAT"ın rəhbərinə ölkədən çıxmaq qadağan edildi

"AAAF-İNŞAAT"ın rəhbərinə ölkədən çıxmaq qadağan edildi
14:58 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi məhkəmədən əldə etdiyi qərarla vergi borcunu ödəməyən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb. Bu da o deməkdir ki, belə şəxslər vergi borcunu tam ödəməyənə kimi kənara çıxa bilməyəcəklər.

998 hüquqi şəxsin yer aldığı siyahıda diqqəti çəkən şirkətlər var. Bunlardan biri də "AAAF-İNŞAAT"dır. Şirkətin rəhbəri Ruslan Xanverdiyevin ölkəni tərk etməsinə qadağa qoyulub. İş adamının nə qədər vergi borcu olduğu açıqlanmır.

İqtisadiyyat şöbəsi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR