Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 708 mln. manat kompensasiya ödənilib

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 708 mln. manat kompensasiya ödənilib
15:02 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan "Report"a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 708,399 mln. manat ödənilib.
Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,862 mln. manat, “Zaminbank” ASC - 52,306 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,926 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 421,669 mln. manat kompensasiya alıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-baglanmis-10-bankin-emanetcilerine-708-mln-manat-kompensasiya-odenilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR