"Azərikimya"da Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib

"Azərikimya"da Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib
15:27 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Məlumata görə, İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənaye mərkəzi kimi yenidən qurulması, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında, eləcə də Sumqayıt Kimya Sənaye Parkı, Karbamid Zavodu və "SOCAR-Polymer" MMC haqqında da qonaqlara məlumat verib.
Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri R.Malinauskas iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulayıb, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlığın Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak ediblər.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR