"Sevimli Dad" MÜFLİS OLDU

"Sevimli Dad" MÜFLİS OLDU
15:32 23 Noyabr 2016
155 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sevimli Dad" MMC müflis olub. 

Milli.Az fins.az-a istinadən xəbər verir ki, mağazalarda bu firmanın məhsullarının satışı dayanıb.
Şirkətin xeyli sayda işçisi ixtisar olunub. Yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq. Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki, zərərlə işləməsi olub.

Qeyd edək ki, "Sevimli Dad" MMC kolbasa və delikates ət məmulatları istehsal edən "М&T ltd" firması və süd məhsulları istehsal edən "Milk-Pro" MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir.

Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR