Xalq artisti efirdə ağladı - video

Xalq artisti efirdə ağladı -  video
15:36 23 Noyabr 2016
112 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nəzakət Teymurova doğulub böyüdüyü Ağdamı xatırlayıb.

Axşam.az-ın məlumatına görə, "ARB TV"də yayımlanan “Gəlin danışaq” proqramına qonaq olan müğənni aparıcı Zümrüd Qasımovanın suallarını cavablandırarkən göz yaşlarını saxlaya bilməyib.

Ağdamla bağlı kadrları izləyən N.Teymurova "Hər zaman deyirəm ki, gözlərim çox gözəl şeylər görüb. Oradan ailəmi, evimizi, nənəmi, ulu nənəmi, hətta məktəbimi belə xatırlayıram. Bu haqda danışdıqca kövrəlirəm" deyə, bildirib.

N.Teymurova aparıcının "Sonuncu dəfə ordan nə zaman çıxmısınız” sualına belə cavab verib:

"Ana və vətən mənimçün toxunulmaz bir şeydir. Sonuncu dəfə Ağdamda tələbəlik illərimdə olmuşam. Bakıda oxuyurdum, tez-tez ora gedib-gəlirdim. Bir dəfə ora gedəndə vəziyyət lap pisləşdi. Saat 7 idi, gördük qalmaq olmur, çıxdıq".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR