Günayın keçmiş əri ikinci dəfə ata olacaq - FOTO

Günayın keçmiş əri ikinci dəfə ata olacaq - FOTO
15:52 23 Noyabr 2016
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktyor Tolqa Karelin Mayamidə tanış olub evləndiyi Sarah Skotto ana olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Sarahın ailəsi ABŞ-da olduğu üçün orada yaşamağa qərar verən cütlük doğulacaq qızlarına Mia adını verəcəklər. 

Daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olan Tolqa ondan olan oğlu Cahangir haqda da açıqlama verib:

"Boşanma qərarı nəticəsində üzərimə düşən vəzifələri yerinə yetirirəm. Alimentimi ödəyirəm. 4 yaş yarımlıq bir oğlum var və məni pis tanımasını istəmərəm".

Qeyd edək ki, G.Musayeva keçmiş ərinin oğlu ilə maraqlanmadığını, məhkəmənin verdiyi təzminat qərarının çox az olduğunu bildirmişdi.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR