FİFA Azərbaycan millisinin rəqibinə qarşı iş açıb

FİFA Azərbaycan millisinin rəqibinə qarşı iş açıb
15:57 23 Noyabr 2016
93 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Şimali İrlandiya və Uels Futbol assosiasiyalarına qarşı iş açıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb hər iki ölkənin yığma komandasının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsindəki oyuna futbolkalarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub.
FİFA bu əlaməti siyasi rəmz hesab edir və onun idman geyimində əks olunmasına icazə vermir. Bu səbəbdən Şimali İrlandiya və Uels assosiasiyalarına qarşı intizam sanksiyaları tətbiq edilə bilər.
Şimali İrlandiya Futbol Federasiyası FİFA-nın qərarına qarşı özlərini müdafiə edəcəklərini bildirib.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Uels yığma komandası Serbiya millisi ilə heç-heçə (1:1) oynayıb, Şimali İrlandiya isə öz meydanında Azərbaycan yığmasına qalib gəlib - 4:0.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-azerbaycan-millisinin-reqibine-qarsi-is-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR