Bakı-Şamaxı yolunda hərəkət iflic oldu - VİDEO

Bakı-Şamaxı yolunda hərəkət iflic oldu - VİDEO
16:03 23 Noyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

"Report"un Şirvan bürosunun məlumatına görə, magistralın 38, 40 və 48-ci kilometrliyində nəqliyyatın hərəkəti məhdudlaşıb.

Belə ki, yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb. Daha çox çətinlik magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçiblər. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.

Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın tempuraturu -4 dərəcədir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/177070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR