"Küçük ağa"nın aktyoru Bakıya heyran qaldı - FOTO

"Küçük ağa"nın aktyoru Bakıya heyran qaldı - FOTO
16:12 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakıya gələn türkiyəli aktyor Sarp Levendoğlu Nizami Kino Mərkəzində baş tutan tədbirə qatılıb.  

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəhəri gəzən aktyor paytaxtımıza heyran qaldığını deyib:

"Azərbaycana ilk dəfədir gəlirəm. Bura çox gözəldir. Qonaqpərvərliyinizə heyran qaldım. "Fəxri xiyaban"ı ziyarət etdim. "Türk Filimləri Həftəsi-Bakı" çərçivəsində mənim rol aldığım "Deliormanlı" filmi də nümayiş olunacaq. Ötən il Bakıda da nümayiş edilib. İnternetdən izlədik, insanların filmlə bağlı müsbət fikirdə olduğunu gördük. Ona görə də Bakıya gəlmək qərarı aldım".

Qeyd edək ki, S.Levendoğlu "Küçük ağa" serialında rol alıb, aktrisa Birce Akalayla ailəlidir.

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR