"Sumqayıt" məşqlərə başladı

"Sumqayıt" məşqlərə başladı
16:57 23 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın son turunda "Neftçi" üzərində qələbə qazanan "Sumqayıt" 2 günlük istirahəti başa vurub. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv bu gün "Kapital Bank Arena"da AZAL-la qarşılaşmanın hazırlığına start verib. 


Son oyunda zədə almış Rail Məlikov və U-21 millisindən zədəli qayıdan Yusif Nəbiyev kollektivdən ayrı çalışıb. "Sumqayıt" FK-nın növbəti məşqi noyabrın 24-də saat 11-də olacaq.


Qeyd edək edək ki, Premyer Liqanın 13-cü turunda AZAL Arenada baş tutacaq AZAL - "Sumqayıt" oyunu noyabrın 27-də saat 16:00-da keçiriləcək.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsumqaytquot-mqlr-balad-t54382.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR