Peskov: "Moskva Vaşinqtonla konstruktiv əlaqələrin qurulmasına hazırdır"

Peskov: "Moskva Vaşinqtonla konstruktiv əlaqələrin qurulmasına hazırdır"
17:05 23 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya-ABŞ münasibətlərini konstruktiv məcraya salmaq o qədər asan olmayacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  
 
"Çətin ki, bu münasibətləri daha da korlamaq mümkün olsun. Lakin ümid edirik ki, dialoq bərpa olunacaq, əlaqələrin konstruktiv məcraya salınması ilə bağlı asan və təbii ki, sürətli olmayan proses başlayacaq", - deyə o vurğulayıb.
 
Peskov qeyd edib ki, rəsmi Moskva Vaşinqtonla konstruktiv əlaqələrin qurulmasına hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR