"Kurtlar Vadisi"nin "Ömer Baba"sı əsəbiləşdi: "Əxlaqlı olsun"

"Kurtlar Vadisi"nin "Ömer Baba"sı əsəbiləşdi: "Əxlaqlı olsun"
17:11 23 Noyabr 2016
147 Şou
Ölkə mətbuatı
A- A+

"Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran Emin Olcay bir proqramda həmkarı Dəniz Oral haqda ittihamlar səsləndirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, D.Orala 4 min lirə (təxminən 2 min manat) borc verdiyini, amma həmkarının pulu qaytarmadığını bildirib. E.Olcay "Niyə hüquqi yollara baş vurmadınız" sualına "Mən şikayət etsəydim, çox ağır cəzalar ola bilərdi" deyib.

Aktyor pulu verdiyini sübut edən mesajların olduğunu deyib:

"Mənim pulu verməsə də olar, amma əxlaqlı bir aktyor olsun",

E.Olcay D.Oralın təkcə ondan deyil çəkiliş meydançasındakı fotoqrafdan da borc aldığını deyib.

Qeyd edək ki, aktyorlar birgə "Çarşı pazar" filmində rol alıblar.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR