Bakıda mağaza sahibi intihara cəhd edib

Bakıda mağaza sahibi intihara cəhd edib
17:17 23 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı sakini intihara cəhd edib.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu , Mirəli Qaşqay küçəsi ev 11 də qeydə alınıb.
Belə ki, 51 yaşlı Bayramov Əlövsət özünə çoxsaylı bıçaq xəsarətləri yetirib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağırdır.
Qeyd edək ki, Ə.Bayramov yaşadığı evin yaxınlığında ərzaq mağazasının sahibidir.
Onun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-magaza-sahibi-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR