"Efirlər bazardı, kimi gəldi buraxırlar"

"Efirlər bazardı, kimi gəldi buraxırlar"
17:17 23 Noyabr 2016
61 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Əli Mirəliyev "5/5" verilişinin qonağı olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı proqramları tənqid edib. 

O bildirib ki, efirə layiqi olmayan insanları buraxırlar:

"Efirlər bazardı, qapını açıb kim gəldi buraxırlar. Məni verilişlərə oxumağa yox, danışmağa çağırırlar. Oxusam, insanlar düşünəcək, kimə lazımdı bu? Deyirlər, elə danış. Ona görə də verilişlərə çox getmirəm. Nə qədər danışım? Nə qədər deyim ki, filankəs oxuya bilmir?"

Ə.Mirəliyev hazırda bağ evində yaşadığını deyib:

"Evimdə quş, it saxlayıram. Başqa nə edim? Ailəm məni şəhərdəki evdən çıxarıb. Ona görə də bağda yaşayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/492369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR