Trampın sağ qolundan "müstəqil Kürdüstan" mesajı

Trampın sağ qolundan "müstəqil Kürdüstan" mesajı
17:23 23 Noyabr 2016
78 Dünya
Ölkə mətbuatı
A- A+

“Gələcəkdə bir müstəqil Kürdüstanı görəcəyimizi söyləyə bilərik”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi olması gözlənilən general Mayk Flin deyib.

General Trampın kürdlərə böyük əhəmiyyət verdiyini və qarşıdakı dövrdə kürdlərə dəstək mövzusunda yeni proseslərin baş verəcəyini söyləyib.

“Hesab edirəm ki, Yaxın Şərq yenidən dizayn ediləcək, İraq ilə Suriya bütövlüyünü qoruyub saxlaya bilməyəcək. Yaxın Şərqdə üç və ya dörd yeni dövlətin yaranacağını düşünürəm və gələcəkdə müstəqil Kürdüstanı görə bilərik. Qurulacaq müstəqil Kürdüstan dövlətinə ABŞ və koalisiya ölkələri dəstək verməlidir”, - deyə general bildirib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR