Azərbaycan möcüzələri İsraildə - FOTO

Azərbaycan möcüzələri İsraildə - FOTO
17:27 23 Noyabr 2016
81 Dünya
Ölkə mətbuatı
A- A+

İsraildə yerli ictimaiyyəti Azərbaycanın tarixi, memarlığı, təbii zənginlikləri və insani dəyərləri ilə tanış edən yeni layihəyə start verilib. Heydər Əliyev Fondu və yerli bələdiyyələrin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) həyata keçirdiyi layihə çərçivəsində "Azərbaycanın 7+7 möcüzəsi" adlı fotosərgi İsrailin müxtəlif şəhərlərində nümayiş etdiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Tirat-Karmel şəhərindən başlayan sərginin ziyarətçiləri bu fotolarda Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şəki Xan sarayı kimi Azərbaycanın müasir və tarixi memarlıq şedevrləri ilə tanış ola biləcək. İzləyicilər həmçinin, Qobustan, İçərişəhər, Qala qoruğu kimi tarixi yerləri, Bibiheybətdəki qədim neft yataqları, Naftalan, palçıq vulkanları kimi unkal müalicə ocaqları virtual tanış olmaq imkanı əldə edəcək.

Sərginin açılış mərasimində çıxış edənlər Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən danışıblar. Qeyd olunub ki, Qırmızı Slobada yəhudi kəndi, alman koloniyası, atəşpərəstlərin ibadət yeri olan Atəşgah memarlıq kompleksi Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Tirat-Karmel şəhərinin meri Arye Tal Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Azərbaycanın təbii resurslarının müxtəlifliyi və zənginliyinə, mədəniyyətinə və tarixinə heyran olduğunu bildirib. Şəhər meri ölkəmizə və xalqımıza bəslədiyi rəğbətini, rəhbərlik etdiyi şəhərdə əhalinin böyük hissəsini məhz Azəbaycandan gələn yəhudilər təşkil etdiyi üçün qürur duyduğunu dilə gətirib.

Tədbirdə Tirat-Karmel şəhər merinin müavini Mixael Koen, şəhər şurasının üzvləri, Kiryat-Yam şəhər merinin müavini Adam Amilov, Hayfa dairəsi üzrə absorbsiya naziri Asaf Qerti və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbir Qafqazdan olan artistlərin konsert proqramı ilə yekunlaşıb.

İlkin İzzət
Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR