Proqnoz: Avro artıq bu il ucuzlaşacaq

Proqnoz: Avro artıq bu il ucuzlaşacaq
17:37 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Avropa Mərkəzi Bankı (ECB) bölgə iqtisadiyyatını ultrayumşaq monetar siyasət vasitəsilə dəstəklənməsini davam etdirməlidir. "Report"un "Vestifinance.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu ECB-nin rəhbəri Mario Dragi (Mario Draghi) tStrasburqda çıxışı zamanı bildirib. 
Bununla da ECB 8 dekabrda keçirəcəyi növbəti iclasında istiqrazların alınması üsulu ilə monetar ekspansiya proqramını davam etdirilməsinə razılıq verəcəyinə işarə edib. 
"Reuters" agentliyi qeyd edir ki, bu proqram böyük ehtimalla 2017-ci ilin martından sonra da davam edəcək. Qeyd edək ki, ECB ayda 80 mlrd. avro (85 mlrd. ABŞ dolları) həcmində istiqraz alaraq maliyyə bazarlarını likvidliklə təmin edir.
M.Dragi çıxışında daha qəti addımlar atılmasının zəruriliyini bildirərək avrozona iqtisadiyyatındakı zəifliyi aradan qaldırmaq istədiyini xatırladıb. 
Münhendə çıxış edən ECB-nin İdarə Heyətinin üzvü Benua Kene isə öz növbəsində Bankın dayanıqlı inflyasiyaya nail olana qədər proqramın davam etdirilməsinin gərəkliyini deyib.
"Report"un analitik qrupu bildirir ki, dekabr ayında ECB-nin 8 dekabr iclasında monetar ekspansiyaya davam etmə qərarı alınarsa və ABŞ Federal Ehtiyat Sisteminin (FES) 13-14 dekabrda uçot dərəcəsini artırması avronun ucuzlaşmasına və eyni zamanda dolların məzənnəsinin yüksəlməsinə gətirib çıxaracaq. Bu isə USD/EUR məzənnəsinin artıq ilin sonuna kimi paritetə düşməsini təmin edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/proqnoz-avro-artiq-bu-il-ucuzlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR