Britaniyanın ən iri enerji avadanlığı təchizatçı şirkətlərindən birinin gəlirləri azalır

Britaniyanın ən iri enerji avadanlığı təchizatçı şirkətlərindən birinin gəlirləri azalır
17:37 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Elektrik enerjisi avadanlığının təchizatçısı “Aggreko” şirkəti (Böyük Britaniya) ardıcıl olaraq 6 rübdür gəlirlərinin azaldığını elan edir.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin III rüb üzrə gəlirlərində 7% azalma qeydə alınıb.
Şirkətin illik nəticələrində vergi öncəsi gəlirlərin 225 mln. funt civarında olacağı gözlənilir.
Qeyd edək ki, iri enerji istehlakçılarına enerji avadanlığı icarəyə verən və elektrik enerjisi çatışmazlıqlarını aradan qaldıran “Aggreko” şirkəti xüsusilə Şimali Amerika neft və qaz bazarlarındakı geriləmədən zərər görüb, eləcə də Cənubi Amerikanın bəzi bazarlarında müqavilələr üzrə danışıqlar aparmaqda çətinliklə üzləşib.
Şirkətin səhmləri son bir neçə ayda iyul ayında qeydə alınan 13 funtdan 8 funta düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/britaniyanin-en-iri-enerji-avadanliqlari-techizatcisinin-gelirleri-azalir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR