İran parlamenti narkotik tacirlərə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiqləyib

İran parlamenti narkotik tacirlərə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiqləyib
17:42 23 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ İran parlamenti narkotik tacirlərə ölüm cəzasının əvəzlənməsi barədə qanun layihəsini təsdiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, millət vəkilləri ən ağır cəza növünü 30 ilə qədər müddətə həbs cəzası ilə əvəzləməyi təklif ediblər.
Qeyd edək ki, bu qanun layihəsi İranda narkoticarətlə məşğul olanların ölüm cəzasına məhkum edilməsinə qarşı keçirilən kütləvi kampaniyadan sonra müzakirəyə çıxarılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR