Rus KİV-lərinə qarşı ŞOK QƏTNAMƏ

Rus KİV-lərinə qarşı ŞOK QƏTNAMƏ
17:52 23 Noyabr 2016
65 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamenti üçüncü tərəfin təbliğatına qarşı fəaliyyət haqqında qətnamə qəbul edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, qətnamədə Rusiya və İŞİD təbliğatı Avropa Birliyi ölkələrinin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və vətəndaşlarına qarşı təhdid kimi qəbul edilir. Parlament Rusiyanın AB ölkələrindəki müxalifət partiyalarına və təşkilatlara maliyyə dəstəyi göstərdiyini bildirib.

AB üçün əsas təhdid "Sputnik" agentliyi, "Raşşın Tudey" televiziyası, "Rus Dünyası" fondu göstərilib. Qətnamədə bu təbliğatın hibrid müharibəsinin bir hissəsi olduğu qeyd edilib. Parlament təbliğat savaşı və rus KİV-lərinin işğalının daha çox özünü Şərq tərəfdaşlığı ölkələrində büruzə verdiyini söyləyib.

Qeyd edək ki, Şərq tərəfdaşlığı ölkələri sırasına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus daxildir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR