Fuad Poladov Hollivud filminin Azərbaycan dilinə dublyajında iştirak edib

Fuad Poladov Hollivud filminin Azərbaycan dilinə dublyajında iştirak edib
18:02 23 Noyabr 2016
88 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Yerli kinoteatrlar üçün tanınmış şəxslərin - xalq artisti Fuad Poladov, teleaparıcı Afaq Gəncəli, Tural Əsədov, rəqqasə Oksana Rəsulva və akrtisa Pərvin Abıyevanın iştirakı ilə “Amerika Pastoralı” Hollivud filmi Azərbaycan dilinə dublyaj olunub.
“Report”un xəbərinə görə, bu barədə “CinemaPlus” kinoteatrının sosial səhifəsi məlumat yayıb.
Qeyd edək ki, film amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı – qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır.
Dramın rejissoru məşhur şotland aktyoru Yuen MakQreqordur və  ekran işində baş rolu məhz özü oynayıb.





Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/fuad-poladov-hollivud-filminin-azerbaycan-diline-dublyajinda-istirak-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR