Ancelina Coli və Bred Pitdən gözlənilməz addım

Ancelina Coli və Bred Pitdən gözlənilməz addım
18:05 23 Noyabr 2016
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Boşanacaqları gözlənilən Ancelina ColiBred Pit hər kəsi təəccübləndiriblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 41 yaşlı Coli Bredə zəng vuraraq "müvəqqəti barışıq" istəyib. Buna səbəb isə cütlüyün uşaqlarının, xüsusi ilə də Şilohun anasına yalvarmasıdır. Coli aktyordan Şükran günündə və daha sonrakı bayramlarda bir araya gəlməyi xahiş edib.

"OK" jurnalı bildirir ki, cütlüyün ilk doğma övladları olan 10 yaşlı Şiloh uzun müddətdir anasına və atasına ən azından bayram günlərində əvvəlki kimi olmaları üçün yalvarır. Jurnalın iddiasına görə, balaca qız hər iki valideyninə kövrək cümlələrlə məktub yazaraq bayramı birgə keçirmək arzusunu bildirib

Bundan sonra Coli rəhmə gələrək "Düşünürəm ki, bu, bizim üçün yaxşı olar" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR