Saçına rəng qoyan ana və övladı ölümdən döndü - fotolar

Saçına rəng qoyan ana və övladı ölümdən döndü - fotolar
18:16 23 Noyabr 2016
208 Şou
Ölkə mətbuatı
A- A+

İngiltərədə 5 aylıq hamilə olan Ces Strachan adlı qadının başına faciəvi hadisə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ces saçını boyamaq qərarına gəlib. Bu zaman boya alergik reaksiya verib və qadının üzü şişməyə başlayıb. Başı iki dəfəyədək böyüyən Strachanın üz nahiyəsində o qədər şiş olub ki, gözlərini belə aça bilməyib.

Dərhal təcili yardıma zəng vuran Ces xəstəxanaya çatdırılıb. Həkimlərin köməkliyi ilə o və övladı son anda ölümdən qurtulub.

Tibb işçilərinin sözlərinə görə, reaksiya xaricə deyil, daxilə təsir etsəydi, o zaman ana da, uşaq da öləcəkdi.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR