14 yaşlı qız otağında ölü tapıldı - FOTO

14 yaşlı qız otağında ölü tapıldı - FOTO
18:22 23 Noyabr 2016
182 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə lisey şagirdi olan 14 yaşlı Sedanur Karateke şagird yataqxanasındakı otağında ölü tapılıb.

Milli.Az sözcü-yə istinadən xəbər verir ki, dünən axşam yeməyindən bir neçə saat sonra otağına keçən Karatekenin cəsədi yoldaşları tərəfindən müəyyən edilib. Hadisə yerinə polislər gəliblər. 

Araşdırma zamanı məlum olub ki, Sedanur Karatekenin valideynləri bir müddət əvvəl ayrılıblar.

Lisey şagirdinin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.

Qeyd edək ki, Sedanur Karateke keçən il liseyə qəbul imtahanları zamanı yüksək nəticə göstərdiyi üçün təhsil idarəsi tərəfindən mükafatlandırılmışdı.

Təhməz Təkin
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR