Prezident: "Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir"

Prezident: "Pakistan Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir"
18:37 23 Noyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Pakistan prezidenti Məmnun Hüseyn və Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə birgə layihələrin daha tez reallaşmasının zəruriliyi barədə razılığa gəlib.

Trend bu barədə Pakistanın "Daily Times" saytına istinadən məlumat verir.

Prezidentin sözlərinə görə, Pakistan ümumi tarixi, mədəni, dini və digər dəyərlərə malik Azərbaycanla qardaşlıq əlaqələrinə böyük önəm verir.

O, həmçinin qeyd edib ki, Pakistan Dağlıq Qarabağ məsələsi ilə bağlı bundan sonra Azərbaycanın mövqeyini dəstəkləyəcək.

İki ölkə arasında müdafiə sahəsində əlaqələrin möhkəmlənməsindən razılığını bildirən Pakistan prezidenti ticarət əlaqələrinin də genişlənməsinin zəruriliyini vurğulayıb.

Yaqub Eyyubov, öz növbəsində, Azərbaycanın Pakistanla müxtəli sektorlarda birgə müəssisələr yaratmaq niyyətində olduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR