"Akif Çovdarov işi"ndə zərər çəkmiş şəxs Türkiyədə axtarışa verilib

"Akif Çovdarov işi"ndə zərər çəkmiş şəxs Türkiyədə axtarışa verilib
18:47 23 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

İlk xəbər saat 14:49-da verilib
Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkili Şahin Rəfiyev vəsatət verib.
O, cinayət işinə xitam verilməsini və müvəkkilinin saxlanıldığı təcridxanada görüşə icazə verilməsini istəyib.
Jurnalistlərə açıqlama verən vəkil Ş.Rəfiyev bildirib ki, vəsatət baxılmamış saxlanılıb.
Onun sözlərinə görə, ötən iclasda ifadə verən zərərçəkmiş Şahmar Qurbanov vəkillərin suallarını cavablandırıb: "Zərərçəkmiş guya Akif Çovdarova 500 min dollar, 2 ədəd 4 karatlıq və 1 ədəd isə 5 karatlıq briliyant verdiyini bildirdi. Lakin o, həmin pul və briliyantları harada verdiyini xatırlamadığını söylədi".
Vəkil qeyd edib ki, A.Çovdarov iki həkim nəzarətində məhkəməyə gətirilib: "Akif Çovdarov nəfəs almaqda çətinlik çəkdiyi üçün prosesdə fasilə elan olunub".
Daha sonra zərərçəkmiş Ş.Qurbanov jurnalistlərə açıqlama verib. O, bir ay bundan qabaq nə yediyini yadından çıxardığını bildirib: "Hadisənin üzərindən çox vaxt keçdiyi üçün onu necə xatırlayım? Mən 9 ədəd 1 karatlıq, 1 ədəd də 3 karatlığı Akif Çovdarova gətirmişəm. İki ədəd 4 karatlıq və bir ədəd 5 karatlıq briliyantı gətirəndə Akif Çovdarov dedi ki, bunlar da Eldar Mahmudova çatacaq. Ümumilikdə ona 300 min dollar dəyərində briliyant və 500 min dollar pul vermişəm. Həmin zərərin ödənilməsini istəyirəm".
Günün ikinci yarısında keçirilən prosesdə şahid qismində "Riad" Mühafizə Xidmətinin rəisi Etibar Qasımov ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Kamandar Nəsibov qeyd edib ki, KİV nümayəndələrinin məhkəmə iclasına buraxılması ilə bağlı vəsatət verib: "Məhkəmə vəsatəti təmin etmədi".
Vəkilin sözlərinə görə, daha sonra şahid qismində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İsgəndər Hüseynov dindirilib. K.Nəsibov bildirib ki, şahid zərərçəkmiş Ş.Qurbanovun Türkiyədə Hindistan vətəndaşlarına qarşı 100 min dollardan çox briliyantı dələduzluq yolu ilə ələ keçirdiyini deyib: "Həmin briliyantı Rusiyada satmaq istəyərkən əlindən alıblar. Şahid İsgəndər Hüseynov qeyd etdi ki, hazırda Şahmar Qurbanovun barəsində Türkiyədə axtarış elan edilib".
Daha sonra Ş.Qurbanov jurnalistlərə açıqlamasında şahid İ.Hüseynovun yalan danışdığını söyləyib: "Həmin şahid Akif Çovdarovun oğlunun kirvəsinin qardaşıdır. Məhkəmədə hər şeyi yalan danışdı. Akif Çovdarova briliyantı xarici ölkədən onunla birlikdə gətirmişəm. Bunların hamısı Akif Çovdarovun göstərişi ilə olub. Həmçinin məni Akif Çovdarovun otağına İsgəndər aparıb".
Ş.Qurbanov vurğulayıb ki, Bakı şəhəri, Əhməli qəsəbəsində olan evini A.Çovdarovun göstərişi ilə İ.Hüseynovun arvadının adına keçirib.
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ATƏT-in Varşava toplantısının ardından

26 Sentyabr 2017 13:23

Çin hakimiyyəti Vatsapı blokladı

26 Sentyabr 2017 13:23

Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb

26 Sentyabr 2017 13:22

Yazarlar Namiq Mənanın sədrliyinə cani-didən alqış dedilər

26 Sentyabr 2017 13:19

Qeyri-adi TOY: gəlinliyi 250 uşaq daşıdı, yol bağlandı- VİDEO

26 Sentyabr 2017 13:18

ƏMDK-nın dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracı rəqabət şəraitində keçib

26 Sentyabr 2017 13:17

Onlayn qatılan sifarişçi qalib oldu

26 Sentyabr 2017 13:16

Polis “Mersedes”in təkərləri altında qaldı - DƏHŞƏTLİ VİDEO

26 Sentyabr 2017 13:13

Erməni təxribatının qarşısı alındı

26 Sentyabr 2017 13:10

Canlı yayında ağlagəlməz üsulla intihar etdi - REAL GÖRÜNTÜ

26 Sentyabr 2017 13:09

Belarusun səhiyyə naziri Azərbaycana səfər edəcək

26 Sentyabr 2017 13:07

İsveçdə naməlum şəxslər məscidi yandırıb, binanın yarısı dağılıb

26 Sentyabr 2017 13:02

Ziyad Səmədzadə: Əmək müqavilələrinin olmaması dövlət büdcəsinin gəlirinin artmasına mənfi təsir edir

26 Sentyabr 2017 13:02

Biləsuvarda 2 uşaq anası intihar edib

26 Sentyabr 2017 13:02

Arriqo Sakki: "Roma" Qarabağ"a "Real Madrid" kimi yanaşmalıdır"

26 Sentyabr 2017 13:02

Ruhi xəstə özünü güllələdi - Cəlilabadda

26 Sentyabr 2017 12:59

Direktor müavini işdən azad olundu

26 Sentyabr 2017 12:59

Hüquq-mühafizə orqanları araşdırmalara başladı

26 Sentyabr 2017 12:58

Rusiya Müdafiə Nazirliyinin idarə rəisinə qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 12:57

31 yaşlı uluduzun 50 yaşlı sevgilisi - FOTOLAR

26 Sentyabr 2017 12:57

Qoca ata-anasını öldürən qatil danışdı: "Bacımla uşağını da öldürəcəkdim"

26 Sentyabr 2017 12:54

Məşhur stilist 1 milyonluq lüks mənzil aldı - FOTO

26 Sentyabr 2017 12:53

XİN: Rusiya hərbi aviasiyasının ABŞ ərazisi üzərindən uçuşları məhdudlaşdırıla bilər

26 Sentyabr 2017 12:52

Bakıda turizm festivalı keçiriləcək

26 Sentyabr 2017 12:52

Azərbaycanda dollar ucuzlaşıb

26 Sentyabr 2017 12:49

Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI

26 Sentyabr 2017 12:48

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana gedir

26 Sentyabr 2017 12:47

Azərbaycanlı model çimərlik geyimində - FOTOLAR

26 Sentyabr 2017 12:44

Şimşək çaxacaq, leysan yağacaq

26 Sentyabr 2017 12:44

Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ

26 Sentyabr 2017 12:43

İsraildə patrula hücum olub, 3 nəfər ölüb, biri yaralanıb

26 Sentyabr 2017 12:42

Azərbaycanda “KamAZ” qadının üzərindən keçdi

26 Sentyabr 2017 12:39

Hava KƏSKİN DƏYİŞƏCƏK: ayın sonunadək

26 Sentyabr 2017 12:38

Sabah yağış yağacaq, havanın temperaturu 8 dərəcəyədək aşağı enəcək

26 Sentyabr 2017 12:37

Prokuror Bakıda kafedə cinayət törədən şəxsə cəza istəyib

26 Sentyabr 2017 12:37

"Qarabağ"dan azarkeşlərə müraciət

26 Sentyabr 2017 12:37

"Arsenal"-dan əzmkar qələbə

26 Sentyabr 2017 12:37

Avtonom uçan taksinin sınaqları keçirilib

26 Sentyabr 2017 12:35

NAZİRLİKDƏN ƏHALİYƏ XƏBƏRDARLIQ: sabahdan hava kəskin dəyişəcək

26 Sentyabr 2017 12:34

Prezidentin kürəkəninə qarşı istintaq başlanıldı

26 Sentyabr 2017 12:33

"Əsas olmadan həbs tədbirinin seçilməsinə üstünlük verilir" - Komitə sədri

26 Sentyabr 2017 12:29

Avropanın mərkəzində anti-islam hərəkatı: məscid yandırıldı - VİDEO

26 Sentyabr 2017 12:28

Ötən il Azərbaycanda 29 min 924 kişi ölüb

26 Sentyabr 2017 12:27

Nazim yenidən Türkiyəyə yollandı

26 Sentyabr 2017 12:26

Keçmiş birinci xanım konsert verəcək

26 Sentyabr 2017 12:23

Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasının ümumi müzakirələri başa çatıb

26 Sentyabr 2017 12:22

Ekspertlər: Yollardakı tıxaclar qlobal iqtisadiyyatın inkişafına mane olacaq

26 Sentyabr 2017 12:22

Rusiyanın baş naziri Yerevana gedəcək

26 Sentyabr 2017 12:22

Azərbaycan neftinin qiyməti sürətlə bahalaşır

26 Sentyabr 2017 12:22

Bakıda QİÇS tapılan transseksualların sayı artdı - RƏSMİ

26 Sentyabr 2017 12:19