Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb

Türkiyədə dolların məzənnəsi yeni rekord həddə çatıb
19:02 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi nağd valyuta bazarında 3,41 lirə həddini keçərək tarixi maksimal səviyyəyə çatıb.
"Report" xəbər verir ki, hazırda məzənnə 3,4160 TRY/USD-yə bərabərdir.
Buna səbəb kimi dolların qlobal valyuta bazarında güclənməsi fonunda Çin yuanı da daxil olmaqla inkişaf etməkdə olan bütün dünya valyutalarının ucuzlaşması amili göstərilir.
Qeyd edək ki, Türkiyədə ötən həftənin cümə gün ABŞ dollarının məzənnəsi 3,4080 olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/turkiyede-dollarin-mezennesi-yeni-rekord-hedde-catib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR